Qaydasız döyüş

Görün prezident Hasbiklə harada görüşüb – FOTO

UFC prezidenti Deyn Uayt UFC 321 turnirində təşkilatın səfiri və məşhur rusiyalı bloqer Hasbik kimi tanınan Hasbulla Maqomedovla görüşüb.

Aut.az xəbər verir ki, Hasbik tacik müğənnisi Abduroziklə münaqişə sayəsində beynəlxalq populyarlıq qazanıb. 2022-ci ilin sentyabrında rusiyalı bloger UFC ilə müqavilə imzalayıb və bu müqaviləyə əsasən promosyonun hadisələrini işıqlandıracaq.

UFC 321-in əsas tədbiri ingilis Tom Aspinall və fransalı Siril Qano arasında 120 kq çəki dərəcəsində titul döyüşü olub. Sril Qana barmağını rəqibin gözünə soxduqdan sonra Tom döyüşü davam etdirə bilməyib. Ona görə də görüşdə nəticə qeydə alınmayıb.

Aut.az

Görün prezident Hasbiklə harada görüşüb – FOTO