Hokkey

Məşhur xokkeyçi öldü

Rusiya xokkey yığmasının tarixində ilk het-trikin müəllifi Sergey Berezin 52 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Milli Xokkey Liqasının saytında məlumat verilib.

MXL Veteranlar Assosiasiyası idmançının yaxınlarına və dostlarına başsağlığı verib. Berezinin ölümünün səbəbləri dəqiqləşdirilməyib.

Berezin MXL-də yeddi mövsüm keçirdi. O, 1990-1994-cü illərdə “Toronto”dakı çıxışı ilə tanınır.

SSRİ milli komandasının tərkibində hücumçu 1991-ci ildə gənclər arasında dünya çempionatının gümüş mükafatçısı olub.

O, 1994-cü il Olimpiya Oyunlarında və 1996-cı il Dünya Çempionatında əsas milli komandanın heyətində çıxış edib. 1995-ci il dünya çempionatının qrup mərhələsində İsveçrə millisinə qarşı matçda Berezin üç qol vuraraq Rusiya millisində het-trik edən ilk xokkeyçi olub.

Aut.az