Hokkey

Fetisof Tardifi təhqir etdi: Axmaqdır

Məşhur rusiyalı xokkeyçi Vyaçeslav Fetisov Beynəlxalq Xokkey Federasiyasını ( IIHF ) və onun prezidenti Lyuk Tardifi tənqid edib.

Aut.az xəbər verir ki, IIHF daha əvvəl Stenli Kubokundakı qələbəsi münasibətilə təbrik edərkən “Karolina”nın rusiyalı xokkeyçiləri Petr Koçetkov, Aleksandr Nikişin və Andrey Sveçnikovun adını çəkməmişdi .

Fetisov “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib: “Beynəlxalq Xokkey Federasiyası Stenli Kubokunu qazanan komandanı təbrik edərkən rusiyalı oyunçulardan bəhs etməməsini absurd və dəlilik hesab edirəm.

Onlar milyonlarla azarkeşin izlədiyi və dünyanın hər yerindən  pərəstişkarları olan oğlanlarımızı necə görməzdən gələ bilərlər? Axı IIHF, nizamnaməsində xokkeyin inkişafı ilə bağlı hər şeyə, xüsusən də oyunumuzu irəli aparanlara hörmət, dəyər və qayğı göstərilməsini nəzərdə tutan ictimai beynəlxalq təşkilatdır. Əgər federasiya prezidenti bunu etmirsə, deməli, o, axmaqdır”.

Aut.az