Hokkey

53 yaşlı əfsanə 38-ci mövsümündə ilk xalını qazandı – VİDEO

Dünya xokkeyinin əfsanəsi Yaromir Yaqr 38-ci peşəkar mövsümündə ilk xalını qazandı.

Aut.az xəbər verir ki, 53 yaşlı forvard Çexiya çempionatının oyununda məhsuldar ötürmə edib.

Onun komandasə “Kladno” səfərdə “Pardubitse”yə 3:8 hesabı ilə uduzub.

Yaqr 11 dəqiqədən bir qədər çox buz üstündə olub. O, bu mövsüm keçirdiyi dörd oyunda ilk xalını qazanıb. 2018-ci ildən forvard karyerasına 1988-ci ildə başladığı “Kladno”da çıxış edir.  Ötən mövsüm Yaqr 39 oyunda 16 (5+11) xal toplayıb.

Aut.az