Hər arenada vida oyunu: Oveçkinə belə müqavilə təklif ediləcək
“Vaşinqton” hücumçu Aleksandr Oveçkinlə iki illik müqavilə bağlamağı düşünmür.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic”in insayderi Barri Svraluqa bildirib.
“Açıq deyək: Oveçkin üçün iki illik müqavilə tamamilə mümkün deyil. Müqavilə yalnız 2026-27 mövsümü üçün nəzərdə tutula bilər. Əgər Ovi qayıdarsa, o, müntəzəm mövsüm ərzində hər arenada vida mərasimləri ilə qarşılaşacaq”, – insayder deyib.
2025-26 mövsümündə Oveçkin 82 oyunda 64 xal (32 qol, 32 məhsuldar ötürmə) toplayaraq mövsümdə 9,5 milyon dollar qazanıb. Bu, NHL-də sol cinah hücumçuları arasında Conatan Huberdo (10,5 milyon dollar) və Artemi Panarindən (11,6 milyon dollar) sonra üçüncü ən yüksək göstəricidir.
Aut.az
