Dünya futbolu

Vüsal İsgəndərli oynadı?

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” Konfrans Liqasında ilk oyuna çıxıb.

Aut.az xəbər verir ki, Kosovo təmsilçisi I təsnifatda “Vlajniya” ilə qarşılaşıb. Albaniyada baş tutan matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:1.

Vüsal görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana çıxıb.

Komandalar arasındakı cavab görüşü iyulun 16-da olacaq.