Bəxtiyar məğlubiyyəti kənardan izlədi
Azərbaycan yığmasının müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” Türkiyə I Liqasında növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Manisa”nın qonağı olub. Görüş “Tuzlaspor”un məğlubiyyəti ilə başa çatıb – 0:4.
Bəxtiyar bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.
“Tuzlaspor” 4 turdan sonra 0 xalla sonuncu – 18-cidir.
