Yamaldan “Barselona” ilə bağlı vacib açıqlama: Tezliklə…
“Barselona”nın hücumçusu Lamin Yamal Kataloniya klubundakı gələcəyindən danışıb.
Aut.az xəbər verir ki, Yamalın sözlərini CNN Sport sitat gətirib.
“Müqavilənin nə vaxt imzalanacağını bilmirəm, amma düşünürəm ki, bu, tezliklə baş verəcək. “Barselona” mənim həyatımın klubudur. Ümid edirəm ki, onlarla müqaviləmi uzadıb, mümkün qədər uzun müddət komandada qalacam.
Mən İspaniya La Liqasında oynamaq istəyirəm. “Barselona”da oynamaq istəyirəm və bəli, müqaviləmi uzadacam, bunu edəcəm”, – Yamal bildirib.
17 yaşlı Yamalın müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.
Bu mövsüm ispaniyalı 21 matçda iştirak edib, 6 qol vurub və 12 məhsuldar ötürmə edib.
Aut.az
