“Barselona”nın futbolçusu: Futbolu əvvəlki kimi çox sevdiyimi desəm, yalan olar
“Barselona”nın və Fransa millisinin müdafiəçisi Jül Kunde hər kəsi təəccübləndirib.
Aut.az xəbər verir ki, özünü gələcəkdə məşqçi kimi görmədiyini qeyd edərək, futbolu daha az sevməyə başladığını da etiraf edib:
“Mən özümü məşqçi kimi görmürəm. Məşqçi və oyunçular arasındakı münasibət mənə çox maraqlı gəlir, amma bu işdə həddindən artıq stress var. Məşqçi olmaq çox çətindir.
Futbolu əvvəlki kimi çox sevdiyimi desəm, yalan olar. Mən buna karyeram baxımından baxırdım. İndi sadəcə mənim işimdir. İlk başladığım zaman meydandan kənar həyatım arxa plana keçmişdi”.
26 yaşlı futbolçu “Barselona” ilə İspaniya çempionu və Superkubokunun qalibidir. O, Fransa millisi ilə Millətlər Liqasını da qazanıb. “Sevilya” ilə də Avropa Liqasının qalibi olub.
Aut.az
