Modriç Arda haqda elə sözlər dedi ki…
“Real”ın yarımmüdafiəçisi Luka Modriç komandanın yeni transferi Arda Gülər haqqında danışıb.
Aut.az “Marca”ya açıqlamasında Gülər haqda nikbin proqnoz verib:
“Gülər qeyri-adi istedada malikdir. Təəssüf ki, zədə səbəbindən bunu hələ də “Real” azarkeşlərinə sübut etmək şansı olmayıb.
Qarşıda onu parlaq karyera gözləyir və “Real” azarkeşlərinə xeyli sevincli anlar bəxş edəcək. Onun Arda Gülər olmasına icazə verilməli, təzyiqlərə məruz qalmamalı, heç kimlə müqayisə edilməməlidir. Hətta mənimlə də”.
Gülər 2023-cü ilin iyulunda “Fənərbağça”dan “Real”a keçib. Transfer məbləği 20 milyon avro olub.18 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Aut.az
