“Atletiko” “Barselona”dan müdafiəçi aldı
Müdafiəçi Klement Lanqle “Atletiko”nun daimi futbolçusu olacaq.
Aut.az xəbər verir ki, bu barədə İnsayder Fabritsio Romano məlumat yayıb.
“Matrasçılar” 29 yaşlı fransalı ilə artıq müqavilə şərtlərini razılaşdırıblar. Lanqle 2024/25 mövsümündə Madrid klubunda icarə əsasında çıxış edirdi. Futbolçunun hüquqlarına sahib olan “Barselona” ilə də razılıq əldə olunub.
Müdafiəçi “Atletiko” ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalayacaq.
Aut.az
