“Barselona” 19 mövsüm sonra bunu bacardı
“Barselona” 2005/06 mövsümündən sonra ilk dəfə səfər matçında ilk hissənin 30 dəqiqəsində 4 qol vurub.
Aut.az xəbər verir ki, komanda buna İspaniya kubokunun 1/4 final mərhələsinin “Valensiya” ilə oyununda nail olub. Görüş katalonların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Son 9ildə “Barselona” iki dəfə bir matçın ilk 30 dəqiqəsində cəmi dörd qol vurub və hər iki matç bu mövsüm “Valensiya”ya qarşı olub: yanvarın 26-da La Liqada evdə (7:1) və fevralın 6-da İspaniya kubokunda səfərdə (5:0).
Aut.az
