İspaniya

“Real” yarımcan qaldı

Bu gün İspaniya La Liqasının 31-ci tuturnda “Jirona” ilə qarşılacaq “Real” oyuna ciddi itkilərlə çıxacaq.

Aut.az xəbər verir ki, kapitan Kərim Benzema, yarımmüdafiəçi Eudardo Kamavinqa və qapıçı Tibo Kurtua Kataloniya təmsilçisiylə matçı buraxacaqlar. Kərim və Eduardo zədəlidir. Belçikalı əlcək ustası isə mədə ağrısından əziyyət çəkir.

Qeyd edək ki, “Jirona” – “Real” matçı bu gün 21:30-da başlayacaq.