Böhran deyil: Modriçdən məğlubiyyətə reaksiya
“Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Milan”la oyundakı məğlubiyyətə (1:3) münasibət bildirib.
“Bizim üçün daha bir pis gecə oldu. Oyuna qiymət vermək çətindir. Yaxşı çıxış etdiyimiz anlarımız oldu, lakin ümumilikdə bu, bizim ən yaxşı çıxışımız olmadı. “Milan” daha yaxşı idi.
Söhbət təkcə komandanın hər hansı fərdi hissəsinə aid deyil, bütövlükdə komandaya aiddir. Biz komanda olaraq daha yaxşı olmalıyıq, meydanda birləşməli və həll yolu tapmağa çalışmalıyıq. İndi meydanda bir az parçalanmış kimi görünürük, o mənada bir-birimizdən çox uzağıq.
Əminəm ki, biz təkmilləşəcəyik, amma bunun üçün vaxt lazımdır. Cəmi altı xalımız var və bizi çətin matçlar gözləyir. Biz bir yerdə olmalıyıq və səhv etdiyimiz şeyi düzəltməyə çalışmalıyıq.
Bu, böhran deyil. Böhran mənim danışmağı xoşladığım bir şey deyil. 12 ildir ki, burada oynayıram və bu vəziyyəti ilk dəfə görmürəm. Keyfiyyət yetərli deyil, biz komanda şəklində daha çox işləməliyik və o zaman bizim üçün asan olacaq”, – xorvatiyalı bildirib.
Aut.az
