Ukraynalı İspaniya klubunda
Belçika “Brügge”sinin hücumçusu Roman Yaremçuk karyerasını İspaniya çempionatında davam etdirəcək.
Aut.az xəbər verir ki, ukraynalı futbolçu “Valensiya” ilə bir illik müqavilə imzalayıb. Bu barədə “yarasalar”ın saytı məlumat yayıb.
Xatırladaq ki, Yaremçuk 2017-2021-ci illərdə “Gent”də çıxış edib, sonra “Benfika”ya keçib. 2022-ci ilin yayında “Brügge” ilə müqavilə imzalayıb.
Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” futbolçunun qiymətini 12 milyon avro olaraq dəyərləndirir.
Aut.az
