Avropa Liqası

“Braqa”nın “Qarabağ”la oyun üçün heyəti bilindi

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Braqa”nın heyəti məlum olub.

Aut.az xəbər verir ki, baş məşqçi Artur Jorje səfər oyununda 23 futbolçunun adını iştirak ərizəsinə daxil edib:

Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek

Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendeş, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa

Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyu, Pittsi, Joau Moutinyu, Cibril Sumare

Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rocer Fernandeş, Simon Banza.

Fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də start götürəcək. Komandalar arasındakı ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb – 4:2.