İspaniya

“Real” Vinisiusla bağlı qərar verdi

“Real”ın hücumçusu Vinisius Junior Madrid klubu ilə yeni müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” radiosu məlumat yayıb.

Mövsümün sonunda braziliyalı ulduz ilə müqavilənin daha 2-3 il müddətinə uzadılması ilə bağlı açıqlama veriləcək. Hazırkı sözləşmə 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Klub Vinisiusun maaşını da artırıb.

Qeyd edək ki, “Transfermarkt” portalı oyunçunun dəyərini 200 milyon avro olaraq qiymətləndirir.

Aut.az