İspaniya

Yamalın atasından qəribə açıqlama: Oğlum Allah tərəfindən…

“Barselona”nın və İspaniya millisinin 16 yaşlı cinah oyunçusu Lamine Yamalın atası “Marca” nəşrinə açıqlama verib.

Aut.az xəbər verir ki, o, övladı haqda ağızdolusu danışıb:

“Oğlum dünyaya gələndə onun ulduz olacağını bilirdim. İstənilən ata övladının ən yaxşı olmasını istəyir. Hər bir uşaq kimi o, Avropa çempionatını qazanan ən gənc oyunçu olmaq istəyir. Oğlum hər şeyin ən yaxşısıdır. Təkcə futbolda deyil, həm də sevgidə və insan olaraq. O, Allah tərəfindən xeyir-dua alıb, bu çox vacibdir, bunu təqdir etmək lazımdır”.

Qeyd edək ki, Laminin çıxış etdiyi İspaniya millisi Avro-2024-ün iyulun 14-də baş tutacaq final matçıında İngiltərə ilə üz-üzə gələcək.

Aut.az