Həmyerlisi Vinisiusu tənqid etdi: O, nadir təlxəkdir
“Sevilya”nın keçmiş yarımmüdafiəçisi Pintinyo “Real”ın hücumçusu Vinisius Junioru daim azarkeşlərin irqçi münasibətindən şikayət etdiyinə görə tənqid edib.
Aut.az xəbər verir ki, 4 il İspaniya klubunda çıxış edən braziliyalı futbolçu həmyerlisindən fərqli olaraq heç vaxt irqçiliklə üzləşmədiyini bildirib:
“Mən Vinisiusu çox tənqid edirdim. “Flamenqo”dan ayrıldı, bura gəldi və insanlar ona dünyanın bütün dəstəyini verdilər. Amma o, irqçilik mövzusunu gündəmə gətirməyə başladı. 44 yaşım var, amma mənə heç vaxt qaradərili deməyiblər. Amma fakt budur ki, o, təxribatçıdır. İndi bir az daha yaxşıdır. O, nadir təlxəkdir, ona yalnız özünü futbol oynamağa həsr etmək lazımdır”.
Qeyd edək ki, Vinisius 2018-ci ildə “Flamenqo”dan “Real”a keçib. Braziliyalı Madrid klubunda 264 oyun keçirib, 83 qol vurub və 75 məhsuldar ötürmə edib.
Pintinyo isə 1980-1984-cü illərdə “Sevilya”da çıxış edib.
