İspaniya

Salahla bağlı qərar verildi: Geri addım atırlar?

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal” “Liverpul”un lideri Məhəmməd Salahın transferi ilə bağlı qərar verib.

Aut.az xəbər verir ki, klub qış transfer pəncərəsi zamanı danışıqlara getməmək, misirlini pulsuz almaq üçün 6 ay gözləmək qərarına gəlib. Bu barədə nüfuzlu insayder Nikolo Şkira məlumat verib:

“Əl-Hilal” Salahı azad agent kimi almaq üçün böyük təklif hazırlayır. Bu, futbolçunun İngiltərə klubu ilə müqaviləsini yeniləmədiyi təqdirdə baş verəcək. Səudiyyə Ərəbistanı Məhəmmədə 2028-ci ilə qədər müqavilə təklif etməyə hazırdır”, – deyə o, sosial şəbəkələrdə bildirib.

Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 22 qol vurub və 17 məhsuldar ötürmə edib. Futbolçu Mersisaydlıların heyətində səkkizinci mövsümünü keçirir.

Aut.az