İspaniya

“Barselona”nın kapitanı seçim qarşısında: Ya qalacaq, ya da…

Yaxın həftələrdə “Barselona” rəhbərliyi kapitanı Sergi Robertonun nümayəndələri ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar prosesinə başlayacaq.

Aut.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kataloniya klubu Robertoya cari maaşını saxlamaqla, yayda başa çatacaq sözləşməsini daha bir mövsüm uzatmağı təklif edəcək. Öz növbəsində ispaniyalı futbolçu da kluba xeyir verə biləcəyinə inanır. Lakin MLS klublarından birinə keçmək imkanını da nəzərdən keçirir.

Xatırladaq ki, Roberto “Barselona”nın yetirməsidir. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 17 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Aut.az