“Qara pişik” qovuldu: Görün xanım azarkeşlərdən nə istəyirmiş
Çempionşipdə çıxış edən “Kuinz Park Reyncers”in rəhbərliyi komandanın talismanı olan qara pişiyin kostyumunda işləyən Cud adlı şəxsi işdən qovub.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin məlumatına görə, KPR-in maskotu daim xanım azarkeşlərlə rəqs edir və onlardan telefon nömrəsini istəyirmiş.
İngiltərə klubunun azarkeşlərinin komandalarının talismanının qovulması ilə bağlı xəbərlərə mənfi reaksiya verdiyi vurğulanır. İddialara görə, pərəstişkarlar Cudun qara pişik rəqsi hərəkətlərini və söhbət etmək qabiliyyətini çox bəyənirlər.
Aut.az
