Yenə qalmaqala səbəb oldu
“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Aut.az xəbər verir ki, 23 yaşlı vinger bu dəfə komandasının Çempionlar Liqasında “Bayern” (4:3) ilə oyunundan 2 saat öncə video oyunlar oynayıb. İngiltərə millisinin üzvü vaxtını futbol simulyatoru oynayaraq keçirdiyi bəlli olub. O, 230 min abunəçisi olan youtuber JCC-nin canlı yayımında görünüb.
Qeyd edək ki, komandanın baş məşqçisi ilə yola getmədiyi üçün heyətdən kənarda qalan Ceydonun bu hərəkəti “qırmızı şeytanlar”ın azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.
