İngiltərə

“Çelsi” qənaət rejiminə keçir

“Çelsi” maaş xərclərini ildə 80 milyon funt-sterlinq azaltmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu addım transfer siyasətinin uzunmüddətli təsirlərinin neytrallaşdırılması zərurəti ilə atılır. Bununla büdcə xərcləri normallaşacaq və əlavə problem yaranmayacaq.

Eyni zamanda, klub yeni stadionun tikilməsi 2 milyard funt-sterlinq xərclənəcək. Klub bu səbəbdən də ehtiyatlı davranmaq istəyir. Buna görə əlavə gəlir mənbələri axtarılır. Diqqətlər əsasən səhmlərin satılmasına yönəlib.