MY-nin milyarder sahibindən sərt qərar: Bu dəfə onların pulunu kəsdi
“Mançester Yunayted”in sərvəti 23 milyard funt sterlinq dəyərində qiymətləndirilən Cim Ratkliff “qırmızı şeytanlar”ın keçmiş futbolçularına kömək edən xeyriyyə fondunun maliyyəsini kəsib.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub əvvəllər 1985-ci ildə yaradılmış “Yunayted”in Keçmiş Oyunçular Assosiasiyasına hər il vəsait ayırırdı. Bununla belə, təşkilatın hesabına iki rüblük 10,000 funt-sterlinq ödəniş alınmadıqdan sonra, klubun düşərgəsindəki məsul şəxslərlə əlaqə saxlanılıb.
Onlar “qırmızı şeytanlar”ın Ratkliffin xərcləri azaltmaq proqramının bir hissəsi olaraq maliyyələşdirməni dayandırdıqlarını olduğunu bildiriblər.
Qeyd edək ki, son bir neçə ayda Ratkliff klubla bağlı islahatlar aparır və xərcləri azaltmağa çalışır.
Aut.az
