Dünya cempionatıAlmaniyaİngiltərəİspaniya

İlin ən yaxşı “11-liy”i açıqlandı: Siyahıda kimlər var?

IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) 2024-cü il üçün komandasını açıqlayıb.

Aut.az xəbər verir ki, siyahıya öz mövqelərində ilin ən yaxşı 11 futbolçusu daxil edilib.

Açıqlanan heyətdə cəmi 3 liqanın təmsilçiləri yer alıb.  “Real” və “Mançester Siti”nin futbolçuları üstünlük təşkil edib. Madird klubundan 5, “şəhərlilər”dən isə 3 oyumçu simvolik komandaya düşüb.

Qapıçı: Emiliano Martinez (Argentina, “Aston Villa”)
Müdafiəçilər: Data Karvaxal (İspaniya, “Real”), Ruben Diaş (Portuqaliya, “Mançester Siti”), Antonio Rudiger (Almaniya, “Real”), Alfonso Devis (Kanada, “Bavariya”)
Yarımmüdafiəçilər: Rodri (İspaniya, “Mançester Siti”), Cud Bellingem (İngiltərə, “Real”), Toni Kroos (Almaniya, “Real”)
Hücumçular: Lamin Yamal (İspaniya, “Barselona”), Erlinq Haaland (Norveç, “Mançester Siti”), Vinisius Junior (Braziliya, “Real”)

Aut.az

İlin ən yaxşı "11-liy"i açıqlandı: Siyahıda kimlər var?