İngiltərə

Bu uşaqlar milyardlıq “mavi butuka”nı boğdu – Nevill

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevil “Liverpul”un əlavə vaxtda “Çelsi”ni 1:0 hesabı ilə məğlub etdiyi Liqa Kubokunun finalını şərh edib.

Aut.az xəbər verir ki, Nevill bu barədə “Sky Sports”da danışıb.

“Əlavə vaxtda Kloppun uşaqları milyard funtluq “mavi butulka”lar qarşı oynadılar. “Liverpul” sadəcə əla idi. Bu gənc oyunçular inanılmazdı. Klopp onlarla fəxr etməlidir.

Mənim “Çelsi”yə zərrə qədər simpatiyam yoxdur. Maurisio Poçettinonun oyunçuları boğuldular. Onlar bizim gözümüzün qabağında və öz azarkeşlərinin qarşısında boğuldular”, – Nevill deyib.

Qeyd edək ki, “Liverpul” tarixində 10-cu dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Komanda bu göstəriciyə görə İngiltərə rekordu müəyyənləşdirib.

Aut.az