İngiltərəİspaniya

Bu şəxs Levandovskinin “Yunayted”ə keçidini blokladı: Kimdir?

“Mançester Yunayted”in ortaq sahibi Cim Ratkliff “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq 37 yaşlı hücumçu Robert Levandovskinin transferinə mane olub.

Aut.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim polşalı forvardla maraqlanır. Portuqaliyalı məşqçi Levandovskinin gəlişinin komandaya müsbət təsir edəcəyinə və digər oyunçuların inkişafına kömək edəcəyinə inanır.

Bununla belə, Ratkliff artıq karyerası başa çatmaqda olan oyunçularla müqavilə bağlamaq istəmir.

Aut.az