“Real” “Liverpul”un 100 milyonluq uduzu ilə maraqlanır
“Real” “Liverpul”un ulduz yarımmüdafiəçisi Dominik Sobozlay ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
“Kral klubu” futbolçunun transferi üçün təklif göndərməyə hazırdır. Lakin “qırmızılar” yarımmüdafiəçini 100 milyon avrodan aşağı qiymətə buraxmağı planlaşdırmır. Yüksək qiymət transferin reallaşmasına mane ola bilər.
“Transfermarkt” 24 yaşlı macarıstanlının dəyərini 75 milyon avro qiymətləndirir. Futbolçunun mersisaydlılarla müqaviləsi isə 2028-ci ilin yayına kimidir. Bu mövsüm Soboslay bütün yarışlarda “Liverpul”un heyətində 21 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Aut.az
