Ceyk Pol sükutu pozdu: Tənqidlərə belə cavab verdi
Blogger Ceyk Pol Mayk Taysona qarşı keçirdiyi boks matçı ilə bağlı tənqidlərə cavab verib.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Belə tənqidlərə cavabım yoxdur. Təsadüfi adamların fikirlərinə əhəmiyyət vermirəm. Əgər mənə yaxın birisi bunu mənimlə müzakirə etmək istəyirsə, problem yoxdur. Bütün dostlarım bunun tarixin ən yaxşı hadisəsi olduğunu və boksun simasına çevrildiyimi yazdılar.
Amma insanlar yüksələnləri aşağılamağı xoşlayırlar. Mən heç kimlə boş yerə mübahisə etmək istəmirəm. Boks tarixində ən böyük döyüşü keçirmişəm. Bütün rəqəmlər bundan danışır. Kimsə say baxımından daha təsirli mübarizə aparanda, biz danışarıq. İnsanlar sadəcə olaraq əsəbiləşirlər ki, tarix mənim Mayk Tayson üzərində qələbəmi qeyd edəcək”.
Qeyd edək ki, 27 yaşlı Pol 58 yaşlı Taysonu rəsmi boks döyüşündə məğlub edib.
