Deku 19 yaşlı müdafiəçinin nümayəndələri ilə görüşdü
“Barselona”nın idman direktoru Deku “Benfika”nın 19 yaşlı müdafiəçisi Qonçalo Oliveyranın agentləri ilə görüşüb.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında portuqaliyalı futbolçu ilə bağlı müzakirələr aparılsa da, onun dərhal Kataloniya klubuna transferi ilə bağlı açıq danışıqlar aparılmayıb. “Blauqrana” ilk növbədə Oliveyranı yaxından izləmək istəyir.
Bu mövsüm müdafiəçi bütün turnirlərdə dörd matçda meydana çıxıb və bir qol vurub. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 1,5 milyon avrodur.
Aut.az
