Peresdən qadın futbolçulara: Hər kəs öz yerini bilməlidir
“Real”ın və “Barselona”nın sabiq futbolçusu Alfonso Peres qadın və kişi futbolunun müqayisəsindən danışıb.
“Mənim kifayət qədər ziddiyyətli fikrim var. Düşünürəm ki, qadınların uzun illər öz məkanları və hüquqları olması çox yaxşıdır. Amma hesab edirəm ki, qadın futbolu ilə kişi futbolunu müqayisə etmək olmaz, çünki onların gətirdiyi gəlirdən və medianın təsirindən çox şey asılıdır.
Burada heç bir müqayisə yoxdur. Əminəm ki, qadın futbolçular da millinin futbolçuları kimi pul almaq istərdilər, amma ala bilmirlər. Mən də arzulayıram ki, kaş, Kriştiano Ronaldonun maaşına sahib olaydım, amma onun qədər yaxşı deyiləm axı.
Bu reallıqdır. Hər kəs öz yerini bilməlidir. Şikayət edə bilməzlər. Qadın futbolu inkişaf edir, lakin onlar ayaq üstə dayanmalı və başa düşməlidirlər ki, heç bir halda özlərini kişi futbolçu ilə müqayisə etməməlidirlər”, – Peresin sözlərini “Mundo Deportivo” sitat gətirib.
Aut.az
