İspaniya

Tibbi müayinədən keçmək üçün “Real”ın bazasına gəldi

Braziliyalı forvard Endrik bu gün baş tutacaq təqdimat mərasimindən əvvəl tibbi müayinədən keçmək üçün “Real”ın bazasına gəlib.

Aut.az xəbər verir ki, o, bu gün klubun oyunçusu kimi ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda onunla müqavilə imzalanacaq. Günün sonunda isə 18 yaşlı futbolçunun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Endrik Madrid klubu ilə müddəti 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq. “Transfermarkt” Braziliiya millisinin üzvünün dəyərini 60 milyon avro qiymətləndirir.

Aut.az