Bu adada Abramoviçə qarşı iş açıldı
“Çelsi” klubunun keçmiş sahibi Roman Abramoviç Cersi hakimiyyəti tərəfindən korrupsiya və çirkli pulların yuyulması iddiaları ilə bağlı cinayət araşdırmasının obyektinə çevrilib.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
İsveçrə məhkəməsinin fikrincə, istintaq oliqarxın 1990-2000-ci illərdə topladığı sərvətinin mənşəyi ilə bağlıdır.
İş çərçivəsində Cersi İsveçrədən Abramoviçin kapitalı idarə etdiyi ofşor şirkətlər və trestlər şəbəkəsi ilə əlaqəli bank hesablarına dair sənədləri istəyib. İsveçrə hakimləri materialları təhvil vermək üçün kifayət qədər sübutların olduğunu müəyyən ediblər.
Aut.az
