Ronaldoya görün nə təklif olundu
Amerikalı sahibkar Maykl Seylor Portuqaliyalı hücumçu Kriştiano Ronaldoya öz Bitcoin kolleksiyasını yaratmağı təklif edib.
Aut.az xəbər verir ki, Seylorun təklifi futbolçunun sosial şəbəkələrdə yeni qol saatı nümayiş etdirdiyi paylaşımına cavab olub. Ronaldo hələ də bitkoin maksimalistinin təklifinə cavab verməyib.
Qeyd edək ki, bu mövsüm 39 yaşlı portuqaliyalı “Əl-Nəsr”in heyətində 9 oyun keçirib, bu oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
