Mahirin komanda yoldaşı “Fənərbağça”ya keçdi
Zaqreb “Dinamo”sundan xorvatiyalı qapıçı Dominik Livakoviç Türkiyənin “Fənərbağça” klubuna keçib.
Aut.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat verib.
“Livakoviç “Fənərbaxça”ya keçdi. Alqı-satqının məbləği 9 milyon avrodur. Oyunçunun müqaviləsi razılaşdırılıb, rəsmi sənəd mübadiləsi gözlənilir, bundan sonra əməliyyat rəsmi şəkildə başa çatacaq”, – Romano sosial şəbəkələrdə yazıb.
Xorvatiya millisinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlməsinə kömək edən 28 yaşlı qolkiper bütün peşəkar karyerasını “Dinamo”da keçirib.
Aut.az
