Belə qalmaqallı final izləməməsiniz: Meydanı tərk edən Seneqal necə çempion oldu? – VİDEO
Seneqal millisi Afrika Millətlər Kubokunun qalmaqallı finalında Mərakeş yığmasına qalib gəlib.
Aut.az xəbər verir ki, qarşılaşma əlavə vaxta qədər uzanıb və burada seneqallılar 1:0 hesabı ilə önə çıxıblar. Oyunda yeganə qolu 94-cü dəqiqədə Pape Que vurub.
Əsas vaxtın son dəqiqələri qalmaqalla yadda qalıb. Seneqalın qapısına penalti təyin olunduqdan sonra baş məşqçi Pap Tyavın rəhbərlik etdiyi komanda etiraz əlaməti olaraq müvəqqəti meydanı tərk edib ki, bu da oyunda uzun fasiləyə səbəb olub. Yalnız seneqallıların lideri Sadio Manenin təkidi ilə komanda geri qaydıb. Matç bərpa edildikdən sonra mərakeşli Braim Dias 90+24-cü dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyərək komandasını kubokdan məhrum edib.
Bundan əvvəl isə hakimlər oyun zamanı İsmaili Sarrın qolunu ləğv ediblər. Ümumilikdə qarşılaşma çoxsaylı xəbərdarlıqlar və gərgin mübarizə ilə yadda qalıb.
Aut.az
