İngiltərə

Premyer Liqanın qalibi bu komanda olacaq – Superkompüterin versiyası

“Opta” superkompüteri İngiltərə Premyer Liqasının qalibi ilə bağlı favoriti müəyyənləşdirib.

Aut.az xəbər verir ki, “Siti”yə məğlub olmasına baxmayaraq, “Arsenal” 73% qələbə şansı ilə hələ də əsas favoritdir.

“Mançester Siti”nin isə 27% şansı var.

İngiltərə Premyer Liqasının 33-cü turunda “Arsenal”ı 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” 67 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 70 xalla “Arsenal” başçılıq edir.

Aut.az