Dünya futboluİngiltərə

Kaş mən də Messi qədər yaxşı olaydım – Koul Ronaldoya “ilişdi”

Co Koul hesab edir ki, Kriştiano Ronaldo Lionel Messi ilə rəqabət apara bilməz.

Aut.az xəbər verir ki, İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi bu barədə “TNT Sports”a verdiyi müsahibədə bildirib.

“Düşünürəm ki, hər bir futbolçu, nə qədər kubok qazanmasından asılı olmayaraq, nəyəsə görə peşman olur.

Ronaldo başını yastığa qoyanda yəqin ki, öz-özünə düşünür: “Kaş mən də Messi qədər yaxşı olaydım!” Yəqin ki, nə demək istədiyimi başa düşdünüz”.

Aut.az