Qvardiola “Siti”dəki ilk məşqində nə deyib? – Razı deyilsizsə…
“Mançester Siti”nin keçmiş müdafiəçisi Qael Klişi maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, fransalı sabiq futbolçu Pep Qvardiolanın “şəhərlilər”dəki ilk məşqindən danışıb.
İspaniya mütəxəssis komandası ilə tanışlıq zamanı bu sözləri deyib: “Bir ildir ki, bura gələcəyimi bilirdim və sizi izləyirdim… Burada kök futbolçularla dolu komanda var. Heç bir oyunçu məndən hər matçda oynamağı gözləyə bilməz. Bunu yaddınızda saxlayın. Bundan razı deyilsizsə, deyin, sizi başqa kluba buraxarıq. Başqa söz eşitmək istəmirəm.
Qeyd edək ki, Qael 2017-ci ildə “Mançester Siti”dən ayrılıb. Pep isə 2016-cı ildə “şəhərlilər”in baş məşqçisi təyin olunub.
Aut.az
