İngiltərə

“Arsenal” da gözünü ona dikib

“Arsenal” “Mançester Siti”nin və Argentina millisinin hücumçusu Julian Alvareslə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin sözlərinə görə, londonlular futbolçunun istedadının böyük pərəstişkarıdır. “Mançester Siti” argentinalı futbolçunu 80 milyon avro dəyərində qiymətləndirir, “Arsenal” yalnız klubun yetirmələrindən ikisini – Reiss Nelson və Eddie Nketiyanı satarsa, oyunçunu ala biləcək .

Ötən mövsüm 24 yaşlı hücumçu bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

Aut.az