Almaniya

Alonso və Kroos ən yaxşı seçildi

Almaniyada ötən futbol mövsümün ən yaxşılarının adları açıqlanıb.

Aut.az xəbər verir ki, ən yaxşı məşqçi nominasiyasında qalib “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso olub. O, ötən mövsüm komandası Bundesliqanın və ölkə kubokunun qalibi olub. Eyni zamanda “asprinlər” onun rəhbərliyi altında Avropa Liqasının finalında mübarizə aparıb.

Ən yaxşı futbolçu nominasiyasında isə Almaniya millisinin və “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroo qalib olub. Səsvermədə o, “Bayer”in yarımmüdafiəçisi Floryan Virtsə qalib gəlib.

Maraqlıdır ki, Kroos bu mükafatı karyerasını başa vurduqdan sonra qazanıb. O, ötən mövsüm “Real” ilə UEFA Çempionlar Liqasının, La Liqanın və İspaniya superkubokunun qalibi olub. Eyni zamanda Almaniya millisi ilə Avro-2024-ün 1/4 final mərhələsinə qədər irəliləyib.

Aut.az