Avropa Liqası

“Qarabağ” “Ludoqorets”ə məğlub olarsa… – Rəqib müəyyənləşdi

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Aut.az xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Ludoqorets” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.

Məğlub komanda “Petrokub” (Moldova) – TNS (Uels) cütündə uduzan kollektivlə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.