“Barselona” ondan xəbər gözləyir: Zədəsi nə vaxt sağalacaq?
“Barselona”nın yarımmüdafiəçisi Pedri La Liqanın startında meydanlara qayıda bilər.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Pedri fərdi plan üzrə məşq edir. Hazırda həkimlərin yekun rəyini gözləyir. Onun “Valensiya” ilə La Liqanın açılış matçında iştirak etmək ehtimalı var. Oyun avqustun 17-də baş tutacaq.
Qeyd edək ki, 21 yaşlı futbolçu Almaniya ilə Avropa çempionatının 1/4 final oyununda (2:1) zədələnib.
Aut.az
