İspaniyaAlmaniya

Dünya çempionu görün hansı klubla danışıqlar aparır

Almaniya millisinin keçmiş müdafiəçisi Mats Hummels “Mayorka” ilə danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plattenberg özünün X səhifəsində yazıb.

35 yaşlı futbolçu Dortmund “Borussiya”sından ayrıldıqdan sonra azad agent statusuna sahibdir. İyulun sonunda “Bolonya”ya keçməyə yaxın olsa da, lakin tibbi müayinədən sonra fikrini dəyişib.

Bu yay Hummelslə “Bayer Leverkuzen” və “Real”ın maraqlandığı bildirilirdi.

Qeyd edək ki, DÇ-2014-ün qalibi 2023/24 mövsümündə “Borussiya”nın heyətində bütün turnirlərdə 40 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az