İngiltərə

“Çelsi”ni bu paylaşıma görə peşman etdilər, sildi – FOTO

“Çelsi” sosial media hesabından Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandesin  2026-cı il dünya çempionatının yarımfinalında İngiltərəyə vurduğu qola həsr olunmuş paylaşımı silib.

Aut.az “Goal” nəşrinə istinadla xəbər verir ki, klubun sosial media səhifəsində Fernandesin 85-ci dəqiqədə vurduğu qolu qeyd etdiyi bir şəkil yayılıb.

Entso London komandasının oyunçusu olmasına baxmayaraq, paylaşım ingilis azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb və onlar bunu yersiz hesab ediblər.

Daha sonra “Çelsi” bu paylaşımı rəsmi sosial media səhifələrindən silib.

“Çelsi”ni bu paylaşıma görə peşman etdilər, sildi – FOTO

Aut.az