“Zirə” növbəti darmadağınla 2-ci təsnifat mərhələsində!
“Zirə” bu gün Konfrans Liqasında növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, 1-ci təsnifat mərhələsində Gürcüstan komandası “Torpedo” ilə mübarizə aparan Azərbaycan təmsilçisi ilə bu rəqibi ilə səfərdə qarşılaşıb.
Kutaisidə baş tutacaq oyunu macarıstanlı hakimlər idarə edib. Oyunun baş hakimi Mihali Kapray olub.
“Zirə” bu rəqibinə Sumqayıtda keçirilən ilk oyunda 3:0 hesabı ilə qalib gəlmişdi. Bu üzdən də Rəşad Sadıqovun komanda mərhələ adlamağa daha yaxın idi. Səfərdə də oxşar hesabla qalib gələn Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəlib.
“Zirə” növbəti mərhələyə vəsiqə qazansa, “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
16 iyul
20:00. Torpedo – Zirə 0:3
Qollar: Eren Aydın, 25, 70, Amin Seydiyev, 39
Baş hakim: Mihali Kapray (Macarıstan).
Kutaisi. Ramaz Şengeliya stadionu.
“Torpedo”: 1. Qoşadze, 15. Kuprava, 24. Latsabidze, 4. Şimiç, 33. Stamatov, 20. Skorup, 7. Mamuçaşvili(k), 22. Bukia, 11. Arabidze, 9. Andriç, 14. Felipe Pires
Ehtiyat oyunçular skamyası: 31. Klyayiç, 38. Kopaliani, 5. Nadaraya, 6. Şerif, 8. Itrak, 29. Çitaişvili, 30. Antia, 35. Deysadze, 36. Pridonishvili, 39. Pinson
Baş məşqçi: Dirk Şuster
“Zirə”: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 5. Anj Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev(k), 93. Brahim Konate, 21. Guima, 17. Vieyrinya, 7. Eren Aydın, 11. Junior Martinş, 9. Davit Volkov
Ehtiyat oyunçular skamyası: 72. Hüseynəlu Quliyev,, 99. Səlim Həşimov, 6. Hacıağa Hacıyev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Krismael, 57. Yusif Hacıyev, 70. Namik Ələsgərov, 77. Yeqor Boqomolski
Baş məşqçi: Rəşad Sadıqov
