Penaltini vura bilməyən futbolçunun forması kütləvi surətdə satılır
Qabriel Maqalyaesin adının həkk olunduğu “Arsenal” formalarının satışı Çempionlar Liqasının finalında PSJ ilə oyundan (1-1, penaltilər seriyasında 3-4) sonra 350% artıb.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat verib. Matçdan sonra 28 yaşlı braziliyalı futbolçunun adının yazıldığı futbolkalar klubun fan mağazasında ən çox satılan forma olub.
Xatırladaq ki, Çempionlar Liqasının finalında Qabriel “Arsenal”ın beşinci penaltisini yerinə yetirib və topu qapının üstündən vurub.
Aut.az
