Azərbaycan futbolu

Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan yığmasını təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünən Slovakiyada baş tutan final oyununda Ukaryna millisini 2:0 hesabı ilə yenərək ikinci dəfə Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib.

Aut.az xəbər verir ki, birinci xanımın sosial şəbəkə hesablarındakı paylaşım belədir:

“Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.