İngiltərə

Ona təzyiq göstərməyəcəklər

“Çels”nin baş məşqçisi Maurisio Poçettino yarımmüdafiəçi Kristofer Nkunkunun meydana qayıdışından danışıb.

Aut.az xəbər verir ki, argentinalı mütəxəssis “zadəganlar”ın heyətində İngiltərə Liqa Kubokunun 1/4 finalında “Nyukasl”la (1:1, penaltilərdə 4:2) görüşdə debüt edən fransalı futbolçu barədə bunları deyib:

“Söhbət zədədən yeni qayıdan oyunçudan gedir. O, indi komanda və Premyer Liqa ilə rəqabətin ortasında görüşür. Performansa başlamaq və yüksək formada olmaq üçün vaxt lazımdır.

Hər kəs oyunçunu dərhal mühakimə edə bilər, amma ən əsası hansı formada olmasıdır. Ən yaxşı Nkunku görəcəyimizi gözləyirik, amma problem ondadır ki, onun gözlədiyimiz şəkildə oynaması üçün vaxt lazımdır. Əlçatan olmaq başqa bir şeydir, gözlədiyimiz kimi çıxış etməsi tamam başqadır. Bu səbəbdən ona çox təzyiq göstərməyəcəyik.

Qeyd edək ki, 26 yaşlı Kristofer Nkunku 2023-cü ilin yayında “Çelsi”yə keçib və mövsümöncəsi yoxlama oyununda zədələnib.